K.Horner Rikkardoya təriflər yağdırıb

Red Bull komandasının rəhbəri Kristian Horner Monako QP-də onlara poul qazandırmaq üçün əlindən gələni edən və bunu bacaran Daniel Rikkardoya təriflər yağdırıb...

F-1.az xatırladır ki, həftənin 4-cü günü sərbəst yürüşlərdə ən yaxşı zaman nəticəsini əldə etmişdi. Avstraliyalı sürücü sıralanma turunun son seansında da ən sürətli zaman nəticəsini əldə edərək, poul qazanıb.

Rikkardo karyerasının ilk poulunu qazandığı halda, Red Bull-a isə 2013-cü ilin Braziliya QP-dən sonra ilk poulu gətirib.

Kristian Horner: “Mükəmməl performans göstərdi. 84 saniyədən sürətli zaman nəticəsi mükəmməl idi.

İkinci seansda həftəsonunun sərt təkəri sayılan SuperSoft təkərləri istifadə edəndə, qumar oynaya biləcəyimizi düşündük və bu riski almağa dəyəcəyinə inandıq.

Daha sonra üçüncü seansda göstərdiyi nəticə dinamit kimi idi. Burada 1.13 zaman nəticəsi göstərmək… Vauuuu…

SuperSoft təkərlərin daha çox dözəcəyini düşündük. O təkərlə yarışa başlaya bilsək, daha çox seçimimizin olacağını hiss etdik.

Buna görə də rəqiblərimizin bunu sınamamasına təəccübləndik. Biz sınadıq və yaxşı işlədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*