16 Yanvar 2019, Çərşənbə - 20:37

K.Horner: “Mühərrik daha 50 at qüvvəsi güclü olsaydı…”

K.Horner: “Mühərrik daha 50 at qüvvəsi güclü olsaydı…”

Müəllif: Rauf Hacıyev, redaktor

12:06 - 03 Dekabr, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Renault mühərriyinin gücü daha 54 at qüvvəsi artsa idi, hər şey fərqli olardı.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” bu il 4 qələbə qazanıblar, hələ üstəlik Braziliyada da qələbəyə yaxın olublar. Gələn il Honda mühərriklərinə keçməyə hazırlaşan Red Bull turbomühərriklər erasında ilk çempionluğunu qazanmaq istəyir.

Kristian Horner: “Mühərriyimizin əlavə 50-53 əlavə at qüvvəsində gücü olsaydı, hər şey fərqli olardı. Bazadakı bütün işçilərə ən yaxşı şassini yığdıqları üçün təşəkkür edirəm. Eyni mühərrikdən istifadə edən Renault və McLaren-i böyük fərqlə qabaqlayırdıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 206
Teqlər
Paylaş

logo