İtalyanlar İmola trasının müqaviləsini uzatmağa ümid edir

İtaliya Avtomobil Klubunun prezidenti Ancelo Stici Damyani ümid edir ki, bu həftəsonu Emiliya Romanya Qran Prisinin ləğvi mövcud müqavilənin 1 il uzadılması ilə nəticələnəcək.

F-1.az xatırladır ki, pandemiya dövründə də yarışın keçirilməsi mümkün olmamış və buna görə də, müqavilənin müddəti avtomatik olaraq uzadılmışdı. Hazırki müqavilə 2025-ci ildə başa çatmalıdır, lakin təcrübəli iş adamı ümid edir ki, hava şəraiti ilə bağlı builki yarışın ləğv edilməsinə görə 2026-cı ildə də yarışa ev sahibliyi edə biləcəklər.

Ancelo Stikki Damyani: “Emiliya Romanyada baş verənlərə görə çox kədərlənirəm. Belə dramatik vəziyyətdə yarışın ləğvi qaçılmaz idi. Bu mövsüm təqvimin sıxlığını nəzərə alsaq, yarışın ilin sonuna təxirə salınmasını gözləyə bilmərik, amma ümid edirəm ki, 2026-cı ildə olacaq.

İtaliya Avtomobil Klubu bu saatlarda yaxınlarının itkisi üçün yas tutan və ya evlərini tərk etmək məcburiyyətində qalanlara başsağlığı verir. Bu ağır günlərdə əhaliyə kömək etmək, rayonun təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edən dövlət və rayon rəhbərliyinə, hüquq-mühafizə və mülki müdafiə qüvvələrinə minnətdarıq.

Qran Prini təşkil etməyi mümkün hala gətirmək üçün İmolaya gələn, var gücü ilə çalışan 3000-dən çox könüllüyə təşəkkür edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*