K.Maqnussen sevinclidir

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, son sessiyadakı qəzadan sonra mübarizəni dayandırmaqdan qorxub.

F-1.az xatırladır ki, danimarkalı sürücü İmoladakı sıralanma turunun son sessiyasında yerində fırlanaraq, çınqıllı sahəyə çıxıb və qırmızı bayraqların yellənməsinə səbəb olub. Lakin o, ustalıq göstərərək, bolidini yenidən trasa qaytara bilib. Bundan sonra isə sıralanma turunda 4-cü yeri tutaraq, Haas komandasına ən yaxşı sıralanma nəticəsini qazandırıb.

Kevin Maqnussen: “Çox razıyam. Bizim üçün inanılmaz nəticədir. Bolid əla idi, çox sürətli gedirdi və sürməkdən həzz aldım. Komandamla fəxr edirəm.

Ağ xətdə toxundum və bolid sürüşdü. Elə bildim ki, divara çırpılacam. Daha sonra çınqıllı sahəyə girdim və çox yavaşladım. Anti Stall-u (mühərrikin dayanmasına mane olan sistem) işə saldım və tərs vəziyyətdə dayanarkən ilişmə muftasını çəkdim. Daha sonra qaçış zolağı ilə yola qayıtdım. Bəxtim gətirdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*