İtaliya-2022: İkinci sərbəst yürüşlər

Bir neçə sürücünün güc qurğusunun elementləri dəyişdirildiyi üçün cəzalar alacağı artıq dəqiqləşib. Komandalar sazlanmalar üzərində işləməyə üstünlük veriblər.

F-1.az xatırladır ki, keçən il sürücülər Montsada Medium və Hard təkərlərdən istifadə etmiş, yalnız bir dəfə təkər dəyişmişdilər. İkinci məşqlərdə hamı bu tərkiblərlə başlayıb, daha sonra Soft-lara keçib, sonra isə yenidən sərt tərkiblərə qayıdıb.

Ferstappen, Sayns və Şumaxer ilk, Lekler isə 5-ci döngədə trasdan çıxıb. Bottas əvvəlcə Lesmo 1, daha sonra isə Lesmo 2 döngəsində çınqıllığa düşüb. Elbon Askari döngəsinin çıxışında idarəetməni itirib. Bütün hallarda sürücülər yollarına davam edə biliblər.

Şumaxer sessiyanın düz ortasında birinci Lesmo döngəsində motoru söndüyü üçün dayanıb. Qırmızı bayraqlar çıxıb, təxliyə prossesi 7 dəqiqə davam edib. Mik üçün gün başa çatıb. Tsunoda sarı bayraqlar altında kifayət qədər yavaşlamayıb və bu məsələyə stüardlar tərəfindən sessiyadan sonra baxılacaq.

Bu dəfə hamıdan sürətli Karlos Sayns olub – 1:21.664. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:21.664 24
2 1 Maks Ferstappen Red Bull 1:21.807 + 0:00.143 27
3 16 Şarl Lekler Ferrari 1:21.857 + 0:00.193 23
4 4 Lando Norris McLaren 1:22.338 + 0:00.674 29
5 63 Corc Rassell Mercedes 1:22.386 + 0:00.722 24
6 11 Serxio Peres Red Bull 1:22.394 + 0:00.730 26
7 44 Lyuis Həmilton Mercedes 1:22.503 + 0:00.839 25
8 31 Esteban Okon Alpine 1:22.728 + 0:01.064 29
9 14 Fernando Alonso Alpine 1:22.752 + 0:01.088 28
10 23 Aleksander Elbon Williams 1:22.835 + 0:01.171 24
11 3 Daniel Rikkardo McLaren 1:22.911 + 0:01.247 26
12 23 Quanyu Çjou Alfa Romeo 1:22.938 + 0:01.274 30
13 77 Valtteri Bottas Alfa Romeo 1:22.993 + 0:01.329 26
14 10 Pyer Qasli AlphaTauri 1:23.135 + 0:01.471 25
15 22 Yuki Tsunoda AlphaTauri 1:23.217 + 0:01.553 31
16 20 Kevin Maqnussen Haas 1:23.557 + 0:01.893 25
17 5 Sebastyan Fettel Aston Martin 1:23.731 + 0:02.067 26
18 18 Ləns Stroll Aston Martin 1:23.785 + 0:02.121 27
19 6 Nikolas Latifi Williams 1:23.982 + 0:02.318 23
20 20 Mik Şumaxer Haas 1:24.586 + 0:02.922 9
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*