Honda-nın yeni sahibləri sənədləri rəsmiləşdirirlər

Honda GP Limited şirkəti (Honda Racing komandasının rəsmi hüquqi adı belədir) komandanın yeni sahiblərinə – hazırkı top-menecerlərə verilməsi üçün formal […]

Honda GP Limited şirkəti (Honda Racing komandasının rəsmi hüquqi adı belədir) komandanın yeni sahiblərinə – hazırkı top-menecerlərə verilməsi üçün formal prosedurlara başlayıb. Britaniyanın Autosport qəzetinin yazdığına görə, yaxın iki həftə ərzində bu barədə rəsmən elan olunacaq. Şirkətin direktoru Naycel Kerr (deyəsən komandanın həmsahiblərindən biri olacaq) uyğun sənədlərə imza atıb və sənədlər hüquqi şəxslərin dövlət reyestrinə təqdim olunub.

Bütün bunlar xəbər verir ki, komandada hakimiyyət dəyişikliyi son mərhələyə qədəm qoyub. Çox güman ki, rəsmi xəbərləri hələ gözləməli olacayıq, amma Mercedes-Benz motorlu yeni maşınların ilk testləri tezliklə Silverstounda başlayacaq. Autosport-un məlumatına əsasən, Ross Braun Formula1 komandaları Assosiasiyasının (FOTA) gələn həftə Cenevrədə keçiriləcək mətbuat konfransında bəyəanat verməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*