Həkkinen: Komanda yoldaşı ilə baş verən insidentlər də avtoidmanın ayrılmaz hissəsidir

Up To Speed podkastında Devid Kulthard və Mika Həkkinen McLaren komandasında birgə çıxış etdikləri dövrü xatırlayıblar. Söhbət zamanı onlar xüsusilə 1999-cu ildə Avstriyada yaşanan və ilk döngədə toqquşduqları insidenti yada salıblar…

Mika Həkkinen: “Komanda yoldaşı ilə insidentlər də yarışların bir hissəsidir. Bu, qarşılıqlı mübarizənin qaçılmaz nəticəsidir. Bu, normaldır. Nədənsə hər ikimiz başa düşürdük ki, bizi ortaq gələcək gözləyir və həmin gələcəkdə komandaya kömək edib birlikdə uğur qazana bilərik.

Bəli, o vaxt komanda rəhbərliyi bizə bir qədər kömək etdi, amma Devidin toxunmasından sonra mənim maşınım zədələnmədi, onun maşını da zərər görmədi, buna görə də hər ikimiz yarışı davam etdirə bildik. Bir-birimizə qarşı narazılığı içimizdə saxlamağın mənası yox idi. İnsident baş veribsa, onu araşdırmaq və yoluna davam etmək lazımdır”.

Devid Kulthard: “Müasir sürücülərə baxsaq, komanda yoldaşı kimi münasibətlərimizə ən yaxın nümunə Lando və Oskarın qarşılıqlı münasibəti ola bilər. Keçən il onların az qala təmas yaşadığı bir neçə məqam oldu, komandanın onların gözləntilərini tənzimləməli olduğu bir neçə hal yaşandı, amma onlar bütün bunları geridə qoyub yollarına davam etdilər”.

,