Həcərdən mövsümdə 3-cü qələbə

Avstriyada gənc sürücülərin Formula3 çempionatında mövsümün 5-ci mərhələsinə əsas yarışla yekun vurulub.

Start yüngül yağış altında Təhlükəsizlik Maşının arxasında verilib – TM 2 dövrədən sonra pitə yollanıb. Amma ilk onluqda ciddi mübarizə olmayıb. Mövqelər əsasən sürücülərin səhvlərinə görə ya itirilib, ya da qazanılıb.

İlk dördlük isə finişdə dəyişməz qalıb – Red Bull Akademiyasının dinləyicisi Hitech GP komandasının sürücüsü Ayzek Həcər mövsümdə 3-cü qələbəsini qazanıb. Mövsümün lideri Viktor Marten finişdə 2-ci olub və turnir cədvəlində Həcəri cəmi bir xal qabaqlayır. 

Podiumu isə Ferrari Akademiyasının dinləyicisi Oliver Berman tamamlayıb. 

Növbəti dəfə çempionat iştirakçıları bu ayın sonunda Macarıstanda bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*