V.Bottas: Fərqli şeylər sınadıq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sərbəst yürüşlərdə pit yolunda yerində fırlanmamışdan əvvəl fərqli şeylər sınayıblar.

F-1.az xatırladır ki, finalndiyalı sürücü trasa çıxarkən yerində fırlanıb və McLaren komandasının mexanikləri onun bolidini düzəldib. Amma Mercedes komandası bu insidentə görə stüardlar tərəfindən çağırılıb.

Valtteri Bottas: “Pitdən çıxarkən fərqli şeylər sınayırdıq. Daha sonra yerimdə fırlandım. Sürüşməni azaltmaq üçün bəzi prosedurları dəyişdirdik və buna görə yerimdə fırlandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*