Loran Mekis: “Monzada üçüncü yerdən razıyıq. Hələlik Mercedes qədər sürətli deyilik, amma onlardan da çox geri qalmırıq. Müsbət məqam odur ki, sürətimiz McLaren və Ferrari-ni arxada saxlamağa yetdi. Bu, uzun müddətdən sonra ən yaxşı yarış tempimiz idi.
Əlbəttə, hər şey ideal deyil, liderlər sırasına qayıdana qədər arxayınlaşmayacağıq, amma Zandfort ilə müqayisədə komanda irəliyə doğru böyük addım atıb. Maşında hələ də bir neçə xırda problem qalır ki, onlar bizə daha sürətli getməyə imkan vermir – bəzi traslarda bu təsir özünü daha çox göstərir, amma harada vaxt qazana biləcəyimizi bilirik və geriliyi azaltmaq üçün bunun üzərində işləyirik.
Maks çox inamlı pilotaj sərgilədi və bir neçə əla ötmə etdi. Mübarizə apardı, hücum etdi, hamımızın sevdiyi öz üslubunda çıxış etdi.
Ayzek Həcərin sükan arxasına qayıdışına gəlincə, burada hələ hər şey o qədər də sadə deyil. Bir neçə gündən sonra bu məsələni həkimlərlə müzakirə edəcəyik. Prioritet onun tam sağalmasıdır. Onun nə qədər güclü olduğunu və nəyə qadir olduğunu bilirik, buna görə də sükan arxasına yüz faizlik formada qayıtması vacibdir”.





