12 Dekabr 2018, Çərşənbə - 20:32

H.Marko: “Rikkardo hazırda ən güclü sürücüdür”

H.Marko: “Rikkardo hazırda ən güclü sürücüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

06:54 - 09 İyun, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniel Rikkardo hazırkı sürücülər arasında ən yaxşı performans göstərən sürücüdür.

F-1.az xatırladır ki, Rikkardo 2014-cü ildə Red Bull-a transfer olunmuşdu və ilk mövsümündə 3 yarış qazanaraq, sürücülər çempionatında 3-cü olmuşdu. Avstraliyalı sürücü Sebastyan Fetteli bütün mövsüm ərzində üstələməyi bacarmışdı.

Bu il İspaniya və Monakoda mükəmməl performans göstərən Rikkardo, Monakoda komandasının pit-stopdakı səhvindən sonra qələbənu əldən vermişdi.

Marko Rikkardonun tezliklə qələbələr qazanacağını düşünür: “Monakodakı səhvimiz qələbəni əlimizdən aldı. Səhv strategiyaya görə əldən gedən Monako və Barselonada qələbəyə layiq idi. Qələbə iki dəfə əlindən getdi. Hazırda çox güclü performans göstərdiyini özünə dedim. Hətta, hazırkı sürücülərdən daha yaxşı performans göstərdiyini. Qələbə üçün bir az zamana ehtiyacı var”.

Marko yeni Renault mühərrikləri barədə də danışıb: “Onsuz da şassimiz güclü idi və yeni mühərrik bizə kömək etdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , ,
Paylaş

logo