H.Marko: Dördüncülük Kvyata kömək etməyəcək

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, İmolada qazandığı 4-cülük Daniil Kvyatın gələcəyinə kömək etməyəcək.

F-1.az xatırladır ki, rusiyalı sürücü bu il 13 yarışın sadəcə 6-dan xalla ayrılıb. Komanda yoldaşı Qasli isə bir qələbə qazanıb və 8 yarışdan xalla ayrılıb. Qasli hazırda 63 xalla 10-cu yerdə olduğu halda, Kvyat 26 xalla 13-cü pillədədir.

Helmut Marko: “Əla performans göstərdi, amma bu nəticə onun gələcəyinə kömək etməyəcək.

Aleks Elbona gəldikdə isə onun barədə hələ qərar verməmişik. Ona vaxt verəcəyik. Elbon sonuncu yarış olan Əbu Dabiyə qədər özünü isbatlamalıdır. Daha sonra onun barədə son qərar veriləcək. Bazarda sürücü çoxdur. Buna görə də tələsmirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*