GP2 maşınları Formula1-in start sahəsini dolduracaqlar?

Almaniyanın Auto Motor Und Sport qəzeti FİA prezidenti Maks Moslinin ehtiyat planını açıqlayıb, plana görə, əgər Formula1 çempionatının bir neçə […]

Almaniyanın Auto Motor Und Sport qəzeti FİA prezidenti Maks Moslinin ehtiyat planını açıqlayıb, plana görə, əgər Formula1 çempionatının bir neçə komandası iştirakdan imtina edərsə, onda Formula1 yarışlarını GP2 yarışları ilə birləşdirmək olar…

Maks Mosli: “Köhnə Razılıq Müqaviləsinə əsasən, əgər start düzlüyünə 20-dən az maşın çıxarsa, onda top komandalar üçüncü maşınla çempionata qoşula bilərlər. Lakin Razılıq Müqaviləsinin müddəti bitib, hazırda yalnız FİA və FOM arasında olan razılaşmaya əsasən start xəttinə ən azı 16 maşın çıxmalıdır. Əgər maşınların sayı az olarsa federasiya boşluqları doldurmalıdır. 1952-1953-cü illərdə Formula2 maşınları Formula1 yarışlarına qoşulurdular, hətta 60-cı illərin sonunda da bu praktikadan istifadə olunub.

Formula1-in gələcəyi şəxsi komandaların əlindədir. Honda-nın aqibəti bir daha göstərir ki, biz avtoistehsalçılara bel bağlaya bilmərik. Formal olaraq Honda yarışlardan imtina etdiyi üçün cərimə ödəməlidir, amma böyük konsernlərin ciddi hüquq şöbələri var, onların belə işlərdə böyük təcrübələri var. Məhkəmə uzun müddət davam edə bilər və qalib gəlmək ümidi olduqca azdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*