G.Ştayner: “Artıq zəif komanda yoxdur”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, orta qrupdakı komandalar çox gücləniblər.

F-1.az xatırladır ki, amerikalılar qış testlərində gözəl nəticələr göstəriblər və buna görə də 4-cü yer üçün ən böyük namizədlərdən sayılırlar.

Günter Ştayner: “Keçən il 8-ci olsaq da, 6-cı yer uğrunda mübarizə aparırdıq. Üç komanda arasında 8 xal fərq var idi. Təbii ki, bu nəticəni arzulamırdıq. Lakin bu, faciə deyil. Bu il performansımızı artırmalıyıq. Artıq zəif komanda yoxdur. Son illərdəki ən rəqabətədavamlı mövsüm başlayır. Ön qrupdakı üç komanda fərqli liqadadırlar və onlara çatmaq mümkünsüzdür. Sonrakı komandalar arasında isə amansız mübarizə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*