G.Berger: Ferrari yaxşı mühəndislər gətirə bilmir

Sabiq Formula1 sürücü Gerhard Berger düşünür ki, Ferrari-nin əsas problemlərində biri önəmli mühəndisləri transfer edə bilməməsidir.

F-1.az xatırladır ki, avstriyalı sabiq sürücü Ferrari-də çıxış edib və buna görə italyan komandasını yaxından tanıyır. O düşünür ki, Ferrari-nin hazırda olan problemlərini sürücülərə yükləmək doğru deyil.

Gerhard Berger düşünür ki, Ferrari-nin geridə qalma səbəbi keyfiyyətli mühəndislərinin olmamasıdır: “Maranelloya insanları cəlb etmək asan deyil. Mühəndislər bu komanda ilə uğursuzluq yaşamağa qorxurlar.

Eyni zamanda başqa güclü komandalar da var. Məsələn, Aston Martin və Mercedes kimi. Onlar da Red Bull-dan mühəndis almaq üçün əllərindən gələni edirlər. Hətta Audi kimi yeni layihə ilə gələn komandalar bunu edirlər”.

Berger düşünür ki, Ferrari-nin Lyuis Həmiıtonla bağlı dedi-qoduları bir tələdir. Onlar bu yolla Mercedes-in mühəndislərini cəlb etmək istəyirlər.

Gerhard Berger: “Bəzən strateji manevrlər mühəndisləri cəlb etmək üçün istifadə edilir. Bu hal Mercedes mühəndisləri üçün də keçərlidir. Ferrari-nin problemi sürücülərə bağlı deyil. 2022-ci ildə də sürücülərdən qaynaqlanmırdı. Onların yarış istedadlarını müzakirə edə bilmərik. Şarl və Karlos çox peşəkar sürücülərdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*