FOTA alternativ seriyaya hazırlığa başlayır

FOTA artıq gələn həftədən alternativ çempionatın təşkilinə hazırlığa başlayacaq: Ross Braun bildirib ki, komandalar bu problemin FİA ilə kompromis həllinə […]

FOTA artıq gələn həftədən alternativ çempionatın təşkilinə hazırlığa başlayacaq: Ross Braun bildirib ki, komandalar bu problemin FİA ilə kompromis həllinə deyil, daha ciddi həllinə kökləniblər. FİA prezidenti Maks Mosli hesab edir ki, sonda komandalar təslim olacaqlar və gələn ilin çempionatında iştirake tmək üçün ərizə verəcəklər, amma Braun əmindir ki, FOTA artıq qərar qəbul edib və özü yolu ilə gedəcək…

Ross Braun: “Heç bir kompromisdən söhbət gedə bilməz. FOTA öz qərarını qəbul edib və tezliklə öz planlarının reallaşmasına başlayır. Biz yanvara kimi gözləyə bilmərik. Günbəgün barışıq imkanları azalır. Gələn həftə biz FOTA-nın toplantısını keçirəcəyik, yeni seriyanın texniki parametrlərini müzakirə edəcəyik ki, maksimum keyfiyyətli yarış seriyası hazırlayaq.

Amma mütləq hər hansı bir idarəedici orqan da təşkil etməliyik. Hesab edirəm ki, Avropa Komissiyası ilə müqavilələrə əsasən məhz FİA bütün yarış seriyaları ilə məşğul olmalıdır, ona görə də nə qədər gülməli alınsa da, belə bir tənzimləyici orqan FİA olmalıdır.

Bəlkə federasiya qayda tərtib etməyəcək, amma digər aspektlərlə məşğul ola bilər: stüardları, texniki müfəttişləri və s. təqdim etmək. Bütün bunlar mümkündür, əgər FOTA yolundan dönməyəcəksə.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*