FOTA alternativ çempionata hazırlaşır

Dünən gecəyarısına yaxın, Ənstounda Renault F1 komandasının bazasında dördsaatlıq müzakirələrdən sonra FOTA üzvü olan səkkiz komandanın nümayəndələri alternativ çempionatın təşkil […]

Dünən gecəyarısına yaxın, Ənstounda Renault F1 komandasının bazasında dördsaatlıq müzakirələrdən sonra FOTA üzvü olan səkkiz komandanın nümayəndələri alternativ çempionatın təşkil olunması barədə bəyanat yayıblar. Bu gün axşam FİA-nın elan etdiyi ərizə verməyin son müddəti başa çatır, bəlkə də komandaların ərizəsi federasiya ilə mübahisədə son arqumentdir, bəlkə də artıq kompromisin mümkünsüzlüyünün əlamətidir…

Bəyanatda deyilir: “Keçən ilin sentyabrında FOTA yaardıldıqdan sonra komandalar FİA və kommersiya başçısını idmanın inkişafı üçün əməkdaşlığı çağırırdılar. Görünməmiş maliyyə böhranı Formula1 aləmini ciddi prolemlər qarşısında qoydu və FOTA fəxr edir ki, komandalar bizim idmanın tarixində məsrəflərin ən kəskin azadılmasına nail oldular.

Zavod komandaları şəxsi komandalara kömək etdilər, FOTA-nın təşəbbüsü olmasaydı, onlardan bəziləri indi idmanda olmazdı. Bir yerə toplaşmış komandalar məsərfələrin könüllü azaldılmasına boyun oldular, bu isə gələcək inkişaf üçün əla bünövrə oldu. Bütün bu səylərdən sonra komandalar FİA və kommersiya hüquqlarının sahibinə 2012-ci ilə kimi çempionatda qalmaq arzusunda olduqlarını bildirdilər.

FİA və kommersiya hüququnun sahibi FOTA dağıtmaq siyasətinə başladılar. Komandalrın təklifləri bir-birinin ardınca rəd edildi, kommersiya başçısı tərəfindən milyonlarla vəsaitin ödənilməsi gecikdirildi, bütün bunlara baxmayaraq, FOTA üzvləri səmim qəlbdən kompromisə ümid edirdilər.

Amma söhbət idmanın fundamental dəyərlərindən gedəndə komandalar kompromisə gedə bilməzlər və gələn ilin çempionatında iştirak etmək üçün verdikləri ərizələrində dəyişiklik etməkdən imtina edirlər.

Bizim başqa yolumuz yoxdur, biz yeni çempionata başlamalıyıq, bu çempionat onun bütün iştirakçılarının və tərəfdaşlarının dəyərlərini tərənnüm edəcək. Bu çempionata rəhbərlik şəffaf olacaq, hamı üçün eyni reqlament olacaq, yeni komandaların gəlişi alqışlanır, azarkeşlərin təklifləri nəzərə alınacaq, biletlərin qiymətləri aşağı salınacaq və digər maraqlı tərəflərin təkliflərinə də qulaq asılacaq.

Ən yaxşı sürücülər, ulduzlar, brendlər, sponsorlar və şirkətlər, tarixən beynəlxalq səviyyəli avtoidmanla başlı olan hər bir şey – bu çempionatın iştirakçısı olacaq.”

Bəyanatı FOTA-nın adından (bu xüsusilə qeyd olunub) BMW Sauber, Brawn GP, Scuderia Ferrari, McLaren Mercedes, Red Bull Racing, Renault, Scuderia Toro Rosso və Toyota komandaları imzalayıblar.

FOTA-nın bu bəyanatı danışıqlarda vəziyyəti lap çətinləşdirəcək, bu gün danışıqlara FİA prezidenti Maks Mosli də qoşulmaq istəyirdi. İstənilən halda, növbəti bəyanatı federasiya verməlidir. Ya da FOTA səkkizliyinin daxil olmadığı gələn ilin iştirakçıları siyahısını dərc etməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*