Formula2 komandaları transferlərə davam edir

Formula2 komandaları heyətlərini yeniləməyə davam edirlər

F-1.az bildirir ki, PREMA komandası Ceyhan Daruvala və sonuncu F3 çempionu Dennis Hauqerlə növbəti mövsümdə də titula əsas namizəd olacaq. Xatırladaq ki, hər iki sürücü Red Bull akademiyasının dinləyicisidir. Akademiyanın daha bir üzvü – Liam Louson isə CARLİN komandası ilə razılaşıb və qarşıdakı mövsümdə Loqan Sarcentlə yoldaşlıq edəcək.

Akademiyanın 4-cü üzvü – Yuri Vips isə HİTECH GP komandası ilə müqaviləsini uzadıb. Nəhayət, akademiyanın sonuncu üzvü – Ayumi İvasa DAMS komandasında Roy Nissanini üstələməyə çalışacaq. Çempionatın 11 komandasından birində heç bir sürücü (debütant VAR komandası) elan olunmayıb, 5 komandada isə iki sürücüdən birinin yeri hələ vakantdir. Xatırladaq ki, türkiyəli sürücü Cem Bölükbaşı bu il Charouz komandasının şərəfini qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*