II Alberin komandası sürücüləri məğlub edib

Mayın 23-də Monakodakı II Lui stadionunda ənənəvi xeyriyyə futbol oyunu baş tutub. Heyətində Monako şahzadəsi II Alberin də olduğu, Klaudio Ranyerinin məşqçilik etdiyi Star Team MC komandası sürücülərdən ibarət Nazionale Piloti komandası ilə qarşılaşıb.

F-1.az bildirir ki, oyundan əvvəl bu günlərdə həyatını itirmiş sabiq MotoGP çempionu Niki Heydenin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, oyunun daha əvvəl yayımlanan afişasında Fernando Alonsonun da adı qeyd edilmişdi, lakin İndy500 yarışında iştirak etmək üçün ABŞ-da olan ispan sürücü oyunda iştirak edə bilməyib. Sürücülər komandasının start heyətində hazırda karyerasını davam etdirən Felipe Massa, Daniil Kvyat, Daniel Rikkardo və Karlos Sayns meydana çıxıblar, onlara Mik Şumaxer və Mika Həkkinen qoşulub.

Oyunun ilk hissəsi II Alberin komandasının vurduğu yeganə qolla başa çatıb. İkinci hissədə isə tərəflər hərəyə bir dəfə fərqləniblər və yekun nəticədə Star Team MC komandası sürücülər üzərində 2:1 hesablı qələbə qazanıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*