23 Yanvar 2019, Çərşənbə - 22:02

Gələn il bir çox komandaların adları dəyişəcək

Gələn il bir çox komandaların adları dəyişəcək

Müəllif: Rauf Hacıyev, redaktor

12:13 - 01 Dekabr, 2018

FİA 2019-cu ildə çempionatda iştirak edəcək komanda və sürücülərin siyahısını açıqlayıb, eyni zamanda, yeni sürücülərin yarışacağı nömrələr məlum olub.

F-1.az xatırladır ki, yenilənmiş Force İndia komandası gələn ildən etibarən Racing Point F1 Team adlanacaq. Ferrari komandası Scuderia Ferrari Mission Winnow, Haas komandası isə Rich Energy Haas F1 Team adlanacaqlar. Williams komandası Martini-nin gedişindən sonra sadəcə Williams Racing adına geri dönəcək.

Bəzi sürücülərin istifadə edəcəyi nömrələr də müəyyənləşib. McLaren-in debütant sürücüsü Lando Norris 4 rəqəmini seçib. Xatırladaq ki, 2014-cü ildə Maks Çilton bu nömrə altında çıxış etmişdi.

Williams komandasının debütantı Rassel isə 63 nömrəsini seçib – sonuncu F2 çempionatında titulu da bu nömrə altında qazanmışdı. Kubitsa isə 2016-cı ildə Rio Haryantonun istifadə etdiyi 88 nömrəsini seçib. Sauber komandasının sürücüsü Antonio Covinatsinin maşınının burnunu vaxtilə Adrian Sutilin istifadə etdiyi 99 nömrəsi bəzəyəcək.

Nömrəsi bilinməyən sadəcə Aleksander Elbon qalıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər ,
Paylaş

logo