Formula1-in personları Forbes-ın siyahısında

Forbes jurnalı dünən dünyanın ən varlı adamlarının yeni siyahısını dərc edib. Siyahıya keçən il olduğu kimi meksikalı Karlos Slim başçılıq […]

Forbes jurnalı dünən dünyanın ən varlı adamlarının yeni siyahısını dərc edib. Siyahıya keçən il olduğu kimi meksikalı Karlos Slim başçılıq edir.

TelMex telekommunikasiya korporasiyasının sahibi Slimin varidatı 74 milyon dollar (53 milyard Avro) qiymətləndirilib. Bu il Telmex Formula1-də Sauber komandasına sponsorluq edir – korporasiya meksikalı sürücü Serxio Peresin çıxışını maliyyələşdirir. Telmex-in sponsorluq müqaviləsi 15 milyon Avrodur, Almaniyanın Motorsport Total dərgisinin bildirdiyinə görə, paddokda bir çoxları dünyanın ən varlı adamının belə kiçik məbləğ ödəməsindən narazıdırlar – bu, Formula1-də sponsor müqavilələrinin dəyərinin azalmasına səbəb ola bilər…

Slimdən əlavə Forbes-ın siyahısına Formula1-lə birbaşa əlaqələri olan digər personlar düşüblər. Siyahıda 208-ci yeri Red Bull şirkətinin başçısı Diter Mateşiç tutub. Avstriyalı milyarderin səltənəti 5 milyard dollar dəyərindədir, onun şirkəti Formula1-də iki komanda ilə təmsil olunub – Red Bull Racing və Scuderia Toro Rosso, həm də müasir sürücülərin bir çoxu Red Bull Junior gənc sürücülərə dəstək proqramının yetirmələridir.

Formula1-in kommersiya başçısı Berni Ekklstoun 254-cü yerdədir, britaniyalı milyard 4.2 milyard vəsaitə malikdir. Eyni məbləğ Virgin korporasiyasının təsisçisi Riçard Brənsona da məxsusdur – məhz Riçard Brawn GP və Virgin Racing komandalarının taleyində böyük rol oynayıb. Hazırda Brənsonun şirkətinin adını daşıyan komanda Rusiyanın Marussia şirkəti ilə şərik olub.

Siyahıda 879-cu yeri Kingfisher aviaşirkətinin və Force İndia komandasının sahibi Vicey Malya tutub. Hindistanlı milyarder 1.4 milyard dollar sərvətin sahibidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*