Force İndia ərizə verdiyini təsdiq edib

Hindistanlılar da ərizə veriblər, qaldı səkkiz komanda… Bu gün səhər Con Hauett söyləmişdi ki, əgər komandanın heç bir şərt irəli […]

Hindistanlılar da ərizə veriblər, qaldı səkkiz komanda… Bu gün səhər Con Hauett söyləmişdi ki, əgər komandanın heç bir şərt irəli sürmədən gələn mövsüm çempionatda iştirak etməsi üçün ərizə verməsi təsdiq olunarsa, komanda FOTA-dan xaric oluna bilər. İndi belə bir ərizənin verilməsi təsdiq olunub – komanda rəsmi mətbuat relizi yayıb…

Rəsmi bəyanatda deyilir: “Force İndia FOTA-nın mövqeyi və məqsədləri ilə tam həmrəydir, amma bizim kommersiya öhdəliyimiz şərtsiz ərizə verməmizi tələb edirdi. Bu şəffaflıq atmosferində edilib, komandanın vəziyyətinin təfərrüatları Vicey Malya və FOTA-nın vitse prezidenti Con Hauett arasında müzakirə olunacaq, buna qədər heç bir şərh verilməyəcək.”

FOTA-nın üzvləri bir neçə dəfə yekdil olmalarını bildirmişdilər, amma artıq hazırkı komandalardan ikisi – Williams və Force İndia heç bir şərt irəli sürmədən ərizə veriblər. Şayiələrə görə, tezliklə Brawn GP də onlara qoşulacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*