F.Massa evə qayıdıb

San Pauluda Albert Einstein hospitalında müayinə olunduqdan sonra Felipe Massa evə buraxılıb, sürücünün sonrakı müalicəsi evində davam etdiriləcək. Ferrari-nin mətbuat […]

San Pauluda Albert Einstein hospitalında müayinə olunduqdan sonra Felipe Massa evə buraxılıb, sürücünün sonrakı müalicəsi evində davam etdiriləcək. Ferrari-nin mətbuat xidməti bu münasibətlə rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir: “San Paulu, 4 avqust. Felipe Massanın səhhəti barədə xoş xəbərlər. Dünən axşam sürücü Braziliyaya qayıdıb, bu gün səhər isə Albert Einstein hospitalında tibbi müayinədən keçib. Bütün testlər mənfi nəticə veriblər, heç bir problem yoxdur, həkimlər braziliyalı sürücü evə buraxmağa qərar veriblər.

Onun şəxsi həkimi Dino Altman: “Felipe sürətlə sağalır. Biz müxtəlif testlər keçirdik, onların nəticəsi nikbin olmağa əsas verir və hospitalın həkimləri ilə qərara aldıq ki, heç bir cərrahi əməliyyatlara ehtiyac yoxdur. Hazırda Felipe evə qayıdıb, burda o sakitcə müalicəsini davam etdirəcək.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*