FİA sıralanma turunda da yağ sərfiyyatına nəzarət edəcək

Keçən il Formula1-də mühərrikdə yanacağın yanması prossesində yağdan istifadə edilməsi, bunun da üstünlük verməsi məsələsi çox müzakirə edilirdi. FİA bunun qarşısını almaq üçün bir neçə məhdudiyyət tətbiq edib - 100 km məsafə üçün yağ sərfiyyatı 0.6 litrdən artıq ola bilməz.

F-1.az bildirir ki, bu ildən sərfiyyata sadəcə yarışlarda nəzarət edilirdisə də, İspaniya Qran Prisindən etibarən sıralanma turlarında da eyni məhdudiyyət olacaq. Federasiyanın texniki nümayəndəsi Nikolas Tombasisin komandalara göndərdiyi məktubda bildirilir ki, sıralanma turu zamanı əlavə yağ doldurmaq və ya digər yağlama sistemlərinə yağ transferi etmək olmaz. Bəzi hallarda komandaların müraciətlərinə əsasən, istisnalar edilə bilər.

Mütəxəssislər hesab edirlər ki, FİA-da hansı komandanın bundan yararlanması barədə dəqiq məlumat yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*