FİA qərar verib

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının bugünkü fövqəladə iclasında qərara alınıb ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiya və Belarus idmançıları və komandaları üçün məhdudiyyətlər tətbiq edilsin.

F-1.az bildirir ki, Ukrayna tərəfinin gözləntilərinin və tələblərinin əksinə olaraq, rus və belarus pilotlar üçün tam qadağa tətbiq edilməyib. Bununla belə, onlar yalnız neytral FİA bayrağı altında yarışa biləcəklər.

Rusiya komandalarının beynəlxalq yarışlarda iştirak etməsi qadağan olunub. Çünki Rusiya bayrağı altında çıxış etmək həm sürücülərə, həm də komandalara qadağan olunub. Həmçinin maşınların rəng çalarlarında, komandaların formalarında və sürücülərin kombinezonlarında rus simvollarından istifadə etmək qadağan olunub.

Bundan əvvəl Ukrayna Avtomobil Federasiyası Rusiya Avtomobil Federasiyası tərəfindən verilmiş yarış lisenziyalarının etibarsız sayılmasını tələb etmişdi. FİA-nın qərarı kompromis hesab edilə bilər: idmançılar yarışlarda RAF lisenziyası ilə, lakin FIA bayrağı altında qala biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*