08 Dekabr 2019, Bazar - 08:51

FİA keçmiş sürücülərin hakimliyə dəvət olunmasını davam etdirəcək

FİA keçmiş sürücülərin hakimliyə dəvət olunmasını davam etdirəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:14 - 22 Dekabr, 2010

Gələn il FİA keçmiş Formula1 sürücülərinin Qran Pri zamanı hakimliyə cəlb olunmasını davam etdirəcək, həmçinin, bu praktikanı digər çempionatlara da […]

Gələn il FİA keçmiş Formula1 sürücülərinin Qran Pri zamanı hakimliyə cəlb olunmasını davam etdirəcək, həmçinin, bu praktikanı digər çempionatlara da tətbiq edəcək…

Federasiyanın yeni prezidenti Jan Todtun təşəbbüsü ilə 2010-cu ildən yarışın gedişi zamanı hakimlik edən 3 stüarda vaxtılə Formula1-də çıxış etmiş sürücülərdən biri kömək etməyə başlayıb. Praktika göstərib ki, trasda baş verən bəzi halların təhlili zamanı onların təcrübəsi köməyə gəlib.

Mövsümün gedişində Alen Prost, Dəymon Hill, Əmerson Fittipaldi və Naycel Mənsell kimi dünya çempionları ilə yanaşı Conni Herbert, Aleks Vürs və Tom Kristensen kimi tanınmış peşəkarlar yeni rolda çxış ediblər.

Sürücülər və komandalar bu təşəbbüsü bəyəniblər və onu faydalı hesab ediblər…

Kristian Horner: “Bizim fikrimizcə, keçmiş sürücülərin yarışlara cəlb olunması təşəbbüsü özünü tam doğrultdu. Stüardlar trasda baş verənlər peşəkar gözlə baxmaq imkan əldə etdilər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 362
Teqlər
Paylaş

logo