24 Avqust 2019, Şənbə - 11:08

İtaliya Qran Prisi: Tras

İtaliya Qran Prisi: Tras

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:52 - 04 Sentyabr, 2015

Monza Autodrome trasının tikintisinə 1922-ci ilin yanvarında başlanıb. Milan Avtomobil Klubu öz 25 illik yubileyini məxsusi avtodromu ilə qeyd etməyi […]

Monza Autodrome trasının tikintisinə 1922-ci ilin yanvarında başlanıb. Milan Avtomobil Klubu öz 25 illik yubileyini məxsusi avtodromu ilə qeyd etməyi qərara alımışdı. Bir neçə layihə nəzərdən keçirildikdən sonra mühəndislərin, sərmayədarların və tikinti şirkətlərinin xoşuna gəlmiş Monsa parkı seçildi. Dərhal tikintiyə dəstək olan S.İ.A.S (Societa İncremento Automobilismo’e Sport) şirkəti təsis edildi. Trasın arxitektoru isə Alfredo Roselli oldu.

İlkin layihəyə görə tras 14 km-lik yoldan ibarət idi, layihənin dəyəri isə 6 milyon lirə idi. Bir aydan sonra Milan Avtomobil Klubunun rəhbərləri “simvolik” ilk kərpici qoymaqla işlər qızışdı. Artıq 110 gündən sonra isə tras tam hazır idi və tamaşaçılar 4.5 km-lik sürətli düz yol, 1 km-lik iki düz yolla birləşdirilmiş qoşa sürətli dövrə və dəyişən radiuslu dövrədən ibarət avtodromu gördülər.

Trasın rəsmi açılışı 1922-ci il sentyabrın 3-də baş tutub, hadisənin vacibliyini baş nazirin iştirakı qeyd edib. Faktiki olaraq bu tras məxsusi olaraq yarışlar üçün nəzərdə tutulmuş üçüncü avtodrom idi….

ita-02

Tarix: 4-6 sentyabr 2015-ci il
Tras: Autodromo Nazionale di Monza
Dövrənin uzunluğu: 5793 m
Dövrələrin sayı: 53
Ümumi məsafə: 306.720 km

Trasda 1928-ci ildə milli avtoidman tarixində ən ağır qəza baş verib – sürücü Emilio Materassi tribunaya girmiş, özü və 27 tamaşaçı həlak olmuşdu. Bundan sonra yarışlar trasın kiçik bir hissəsində keçirilirdi…

Müharibə dövründə Monza Autodrome təyinatı üzrə istifadə olunmurdu – əvvəl bura arxiv köçürülüb, sonra Milan zooparkının heyvanları gətirilib. Trasın asfalt örtüyü 1945-ci ilin hərbi paradında tankların tırtılları altında tamamilə dağıdılıb. 1948-ci ilin əvvəllərində Milan Avtoklubu trası bərpa etmək qərarına gəldi və iki aydan sonra tras yarışlara hazır oldu. Oktyabrın 17-də keçirilən ilk yarışda Jan-Pyer Vimill Alfa Romeo 158-də qalib gəldi…

1955-ci ildə trasda yenidənqurma işləri başlanıb. Artan sürətlər və təhlükəsizlik tələbləri asfalt örtüyün altındakı qum qatını beton qatla əvəz etməyi tələb edirdi. Trasın uzunluğu 4.25 km-ədək qısaldılıb və yeni sahələr əlavə olunub – artan radiuslu Parabolica döngəsi və iki “əyri düz” yol trasda 285 km/saat sürət yığmağa imkan verirdi…

ita-03
Bununla yanaşı 10 km-lik variant da yenilənmişdi, ona görə çempionatlar iki tras arasında seçim edə bilirdilər. Düzdür, 1961-ci ildə ağır qəzadan sonra uzun tras biryerli maşınlar üçün əbədi bağlandı – Parabolica-ya girişdə Volfqanq fon Tripsin Ferrari-si trasdan çıxaraq tribunaya girmişdi, sürücü və 11 tamaşaçı həlak olmuşdu. Təşkilatçılar bu yerə dəmir hasar çəkdilər, amma 1970-ci ilin sərbəst yürüşlərində Yoxen Rindtin Lotus-unda əyləclər imtina etdikdən sonra o bu hasara çırpılaraq həlak olmuşdu…

Montsa trası maksimal sürət üçün tikilib, amma artıq təşkilatçılar əksini düşünməyə başlayıblar. Tras bir neçə dəfə yenidən qurulub, sürəti aşağı salmaq üçün müxtəlif tədbirlər görülüb, amma konstruktorlar hər dəfə maşınların sürətini qaldırıblar. Montsa trası Formula1 yarışları tarixində 9 dəfə konfiqurasiyasını dəyişib, hazırkı konfiqurasiya 2000-ci ildən fəaliyyət göstərir, amma hər il xırda əlavələr edilir, elə 6 il əvvəl ikinci şikananın təhlükəsizlik zolağı asfaltla örtülüb, keçən il isə Parabolica-nın da təhlükəsizlik zolağı eyni aqibəti yaşayıb . Yəqin ki, bu da son olmayacaq…

Əvvəllər Montsa yarışı çempionatın ən bahalı yarışı sayılırdı, trasın nadir xüsusiyyətləri nadir yanaşma tələb edirdi – Montsada asfalta yatma qüvvəsi minimum kəmiyyətə sazlanır, yəni havaya müqavimət minimum olur, ona görə də komandalar bu Qran Priyə yalnız Montsada istifadə olunacaq aerodinamik elementlər hazırlayırdılar.

F-1.az xatırladır ki, Formula1 yarışı üçün Pirelli şirkəti Montsaya əvvəlki yarışda olduğu kimi Medium və Soft tərkiblərini gətirəcək, amma uik-endin gedişində daha isti hava təkərlərin qızıdırılmasında problemləri olan komandalara kömək etməlidir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 525
Teqlər ,
Paylaş

logo