Ferrari yenilənmiş motorla gələcək

Ferrari komandası növbəti yarışa yenilənmiş motorla gələcək və bu yeniliklər 2021-ci ildəki son yeniliklər olacaq.

F-1.az bildirir ki, komandalar bu il bir dəfə mühərriyi təkmilləşdirə bilərlər. Ferrari də hələ builki güc qurğusundakı hissələri tam olaraq yeniləməyib. Lakin bu yeniliklərin İtaliya yarışından əvvəl gəlməsi gözlənilmir. Bu isə o deməkdir ki, Şarl Lekler məcburən 4-cü mühərriyə keçəcək və cəza alacaq.

Mattia Binotto: “Güc qurğusuna yeniliklər gətirəcəyik. Builki reqlamentə görə bütün detalları bir dəfə yeniləyə bilərsiniz. Bu il bəzi detalları yeniləmədik. Güc qurğusunda hələ də keçən ildən qalma hissələr var. Biz də bu hissələri dəyişəcəyik. Bu da bizim üçün vacib addım olacaq.

Belçika yarışı bizim üçün çətin keçəcək. Çünki liderdən 0.7 saniyə geridəyik və bunun 60 faizi düzlüklərə və mühərriyə görədir. Buna görə də Mercedes və Honda-dan geri qalırıq. Spa mühərriyə tələbkar trasdır və buna görə sıralanma turunda çox geridə qalacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*