Ferrari təqdimatın yerini və vaxtını dəqiqləşdirib

Ferrari komandası hələ keçən il 2023-cü il mövsümü üçün hazırladığı yeni maşının təqdimatının fevralın 14-də keçiriləcəyini təsdiqləyib.

F-1.az xəbər verir ki, bu gün Skuderiyanın mətbuat xidməti qarşıdan gələn mərasimin bəzi təfərrüatına aydınlıq gətirib.

Adı hələ də gizli saxlanılan 675 indeksli avtomobilin təqdimatı fevralın 14-də Bakı vaxtı ilə saat 14:25-də Maranelloda keçiriləcək.

Təqdimatı hər kəs komandanın yutubdakı rəsmi kanalında və Scuderia-nın digər sosial şəbəkələrində izləyə biləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*