Ferrari-nin rəsmi bəyanatı

Dünən FİA-nın Ümumdünya Şurasının qəbul etdiyi qərarların dərcindən sonra Ferrari komandası şərh evrməkdən imtina etmişdi, amma şirkətin prezidenti Luka di […]

Dünən FİA-nın Ümumdünya Şurasının qəbul etdiyi qərarların dərcindən sonra Ferrari komandası şərh evrməkdən imtina etmişdi, amma şirkətin prezidenti Luka di Montedzemolo və FİA prezidenti Maks Mosli məktub mübadiləsi ediblər və bundan sonra komandanın mətbuat xidməti rəsmi bəyanat yayıb…

“Maranello, 1 may. Çempionatın gələcəyini müzakirə edərkən Ferrari bir daha Formula1-in bütövlüyünü qorumaq uğrunda öz öhdəliklərini və məsuliyyətini təsdiq edir.

Formula1-in 1950-ci ildə ilk çempionatından bu günə kimi bütün çempionatlarda iştirak edən yeganə komanda kimi Ferrari idmanın hazırkı prinsiplərinin, araşdırma potensialının qorunmasına təkid edir.

Ferrari, digər komandalarla və FOTA ilə birlikdə hiss edir ki, məsrəflər ciddi və təcili azaldılmalıdır və hesab edir ki, bizim idmanın gələcəyi yalnız reqlamentin stabilliyi şəraitində və yaxın iki-üç ildə hazırkı komandaların idmanda qalmasını təmin edən iqtisadi balansı əldə etməklə, eyni zamanda yeni komandalara müəyyən güzəştlər etməklə mümkündür.

Ferrari bu mövqeyini bir daha idmanın maraqlarında qeyd edir, ağılsız təhlil olunmayan qaydaalr isə çempionat iştirakçılarının hamısı üçün zərərlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*