F.Alonso: Mən 2027-ci ildə də yarışmağa davam edəcəyəm

Fernando Alonso bildirib ki, mövsüm sonunda yarış karyerasını başa vurmağı planlaşdırmır. Şpilberqdə ispaniyalı sürücü Aston Martin-in yarış direktoru Mayk Kraqın sözlərinə cavab verib; Kraq hesab edir ki, Alonso hələ də çox sürətlidir və 2027-ci ildə Aston Martin üçün çıxış etməyə davam etməlidir.

Fernando Alonso: “Mənə Maykinin mənə sürətli olduğumu deməsinə ehtiyac yoxdur. Mən bunu hər dövrədə, hər trasda hiss edirəm və həmişə belə olmuşam. Gözləyək, amma hələ heç bir qərar verməmişəm.

Çox güman ki, avqustdakı yay fasiləsinə qədər gözləyəcəyəm, fasilədən sonra isə Zandvoort və Monza yarışları keçiriləcək. Düşünürəm ki, məhz bu vaxtlarda gələn il nə edəcəyimə qərar verəcəyəm.

Mən yarışmağa davam edəcəyəm, çünki özümü sürətli, motivasiyalı hiss edirəm və etdiyim işi sevirəm. İndi dayanmayacağam, çünki özümü rəqabətsiz hesab etmirəm və yarışmaqdan zövq almamağımı hiss etmirəm.

Amma mən Formula 1-də çıxış edib-etməyim başqa söhbətdir. Konkret bir yarış seriyasında çıxışdan zövq almalıyamm; güc qurğularını idarə etmə hissindən, bu qaydalardan və ümumilikdə hər şeydən zövq almaq vacibdir. Hesaba alınmalı çoxlu amillər var və avtomobil idmanı aləmində başqa bir çox seçim mövcuddur. Amma mən hələ də Formula 1-i sevirəm.

Mən həmçinin bu komandaya bağlıyam, ona görə də hətta çıxış etməsəm belə, komandaya və layihəyə olan bağlılığım son illərdə olduğu kimi qalacaq. Biz bu yolu birlikdə başladıq və 2023-cü ildə müəyyən uğurlar əldə etdik. Komandada, o cümlədən Silverstoun bazaısnda, çoxsaylı dəyişikliklər baş verib; indi isə biz Honda və Aramco ilə əməkdaşlıq edir və yeni yanacaqdan istifadə edirik.

Bir mənada birlikdə qurduğumuz çox şey var və mən bunu bir neçə dəfə demişəm — bu komandanın uğur qazanacağına və titul uğrunda mübarizə aparacağına dair müəyyən zəmanətlər mövcuddur.

Biz bilmirik ki, bu gələn il, üç ildən sonra yoxsa səkkiz ildən sonra baş verəcək. Bu, yəqin ki, bir sürücü kimi mənim məhdudiyyətimdir. Amma Aston Martin ilə titul qazanmaq arzum — sükan arxasında olum ya kokpitdən kənarda — dəyişməz qalır və bu baxımdan bağlılığım da eynidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*