Milanda dərc olunan Chi jurnalına Renault F1 komandasının başçısı Flavio Briatore bildirib ki, Fernando Alonso və Nelsinyo Pike əmək haqlarının azaldılmasına razı olublar, buna səbəb isə iqtisadi böhrandır…
Flavio Briatore: “Mən sürücülərə dedim ki, belə bir vəziyyətdə biz maaşları azaltmağa məcburuq və onlar mənimlə razılaşdılar. Formula1 dünya maliyyə böhranının nəticələrini hiss edir, biz məsrəfləri azaltmaq üçün hər şey edirik.”