D.Kulthard: Ferrari mövsümün ikinci yarısında təhdid olacaq

Sabiq Formula1 sürücüsü Devid Kulthard düşünür ki, Ferrari mövsümün ikinci yarısında qələbələr uğrunda mübarizə aparacaq.

F-1.az xatırladır ki, Ferrari mövsümün ilk yarısında demək olar ki, bütün yarışlarda qələbə uğrunda mübarizə aparıb. Lakin “qırmızılar” ya səhv strategiyaya görə ya da etibarsızlıq problemlırinə görə qələbələri əldən veriblər.

Devid Kulthard: “Məncə, Ferrari bu il dürətli maşın düzəldə bilib və iki güclü sürücüsü var. Şarl mövsümün ilk hissəsində sıralanma turunda rahat idi, amma Karlos yavaş-yavaş özünə gəlir. Yay tətilindən əvvəlki yarışlarda tempi yaxşı idi. Ferrari mövsümün ikinci yarısında Red Bull üçün təhdid olacaq.

Çempionatdakı fərqə baxsaq, çox böyük olduğunu görərik. Mövsümün ilk yarısında Ferrari etibarsızlıq problemləri yaşadı və strateji səhvlər etdi. Red Bull mövsümün ikinci hissəsində motor dəyişməyə görə cəza alacaq, amma bu cəzaları ötmələrin asan olduğu yerdə alacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*