F.Briatore yerlisini dəstəkləyib

Renault komandasının sabiq rəhbəri Flavio Briatore yerlisi Davide Brivyoya dəstək olub.

F-1.az xatırladır ki, Alpine komandası rəhbərlik vəzifəsinə keçən il Suzuki ilə MotoGP-də çempion olmuş Davide Brivyonu gətirib. Lakin italiyalı mütəxəssis daha əvvəl Formula1-də işləməyib və buna görə də əksəriyyət bu təyinatı birmənalı qarşılamayıb.

Flavio Briatore: “Hara getsəniz də, vəzifənizi yerinə gətirməlisiniz. Bu işdə insanlara liderlik etməlisiniz və əlinizdəko texnologiya ilə güclü maşın hazırlamalısınız.

1988-ci ildə Benettona gələndə avtoidman barədə təcrübəm yox idi. Hətta, həyatım ərzində ilk dəfə idi ki, yarışa gəlirdim. Buna görə də inanıram ki, Brivyo uğurlu rəhbər olacaq. Renault-nun onu seçməsinin səbəbləri var. Əsas odur ki, yaxşı lider olsun. Bir neçə ay ərzində vəziyyəti anlayacaq və nə etməli olduğunu biləcək. Yüksəlişdə olan komandaya gəlir. Alonso da mükəmməl sürücüdür. Onin əsas məqsədi sürətli maşın düzəltməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*