F.Alonso qonşudan arxada qalmayıb və cərimələnib

Alpine komandasının sürücüsü Fernando Alonso yeni güc qurğusuna keçdiyi üçün yarışa sonuncu yerdən başlayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə su sızıntısı problemi yaşamışdı. Bundan sonra komanda güc qurğusunun vəziyyətindən tam əmin deyildi və buna görə də güc qurğusunu dəyişdirmək qərarı alıblar.

Beləliklə üçüncü sərbəst yürüşlərdən əvvəl Alonsonun maşınına yeni daxiliyanma motoru, turbo, MGU-K və MGU-H generatorları, elektronik idarəetməsi, qazburaxma sistemi və enerji depolayıcı qoyulub. Buna görə də ikiqat Dünya Çempionu yarışa sonuncu yerdən başlayacaq.

Xatırladaq ki, Alonsodan başqa Rassel və Fettel də yeni güc qurğualrına keçiblər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*