N.Lauda Alonsoya azarkeşlik edəcək

Formula1 üzrə 3 qat Dünya Çempionu Niki Lauda bildirib ki, Alonsonu İndy500 yarışında yaxından izləyəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monako yarışından imtina edərək, İndy500-də bəxtini sınamaq qərarına gəlib. Lakin, əksər sürücülər 35 yaşlı ispaniyalının qərarını birmənalı qarşılamayıblar.

Qeyd edək ki, Alonso İndy500-ün sıralanma turunda 5-ci yeri tutaraq, böyük uğura imza atıb.

Niki Lauda: “Alonsonun bu addımını yaxından izləyirəm. İndy500-də qazanacağınız qələbə həmişə sizə qalacaq. Buna görə də vacib yarışdır. Mənim dövrümdə yarışdığım komandalar buna icazə verməzdilər. Vaxtında çoxlu təkliflər alsam da, hamısını rədd etməli olmuşdum.

İndy500 yarışı Monako ilə eyni günə düşdüyü üçün Alonso yarışmamaq qərarı aldı və mən onu dəstəkləyirəm. Həmin gün Alonsonu televizordan izləyəcəm və ona azarkeşlik edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*