Tom MakKalou: Alonso vəziyyətin mürəkkəbliyini başa düşür

Yanvarın ilk günlərində Fernando Alonso Silverstoundakı Aston Martin komandasının bazasını ziyarət edib, oturacağın sazlanması da daxil olmaqla mühəndislərlə işləməyə başlayıb.

F-1.az xəbər verir ki, komandada yeni maşının effektivliyinə cavabdeh olan Tom MakKalounun şərhlərinə əsasən, ikiqat dünya çempionu ilə ünsiyyət hər kəsdə çox müsbət əhvali-ruhiyyə yaradıb.

“Mən hələ Fernando ilə daha yaxından tanış olmamışam, amma indi deyə bilərəm ki, o, son dərəcə motivasiyalıdır, döyüş ruhuna malikdir, – deyə britaniyalı mühəndis vurğulayıb. – Mən onunla danışmağa başlayan kimi bunu hiss etdim. O, bütün diqqətini yüksək nəticələr əldə etməyə yönəldib və komandamızla birlikdə gələcəkdə uğurlar qazanacağına inanır.

Fernando qarşımızda duran vəzifələrin mürəkkəbliyini başa düşür. Onun komandamıza qoşulmasından çox məmnunuq, çünki o, bizi bütün sahələrdə irəliləyiş əldə etməyə sövq edəcək. Peletonun ortasında mövqelər uğrunda mübarizə aparsaq, bu ona yaraşmaz.

Bizimlə birlikdə o, növbəti addımı atmaq istəyir, çünki biz ilk üçlükdə yer alan komandalara meydan oxumaq niyyətindəyik. Fernandonun ümumi işə böyük töhfə verəcəyinə inanıram, bu, tamamilə realdır. Şübhə etmirəm ki, gələn il biz liderlərə çata bilsək və onlarla mübarizəyə qoşulsaq, Alonso bundan məmnun olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*