F.Alonso karyerası barədə qərar verməyə tələsmir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, karyerası barədə qərarı mövsümün ortasında verəcək.

F-1.az xatırladır ki, keçən il idmana qayıdan ispaniyalı sürücünün müqaviləsi ilin sonunda bitəcək. O, idmana 2022-ci ildəki reqlamentlərə görə qayıdıb.

Fernando Alonso: “Hazırda davam etmək istəyirəm. Belə istəyim var. Lakin buna ilin ortasında qərar verəcəm.

Ümid edirəm ki, bolidim sürətli olar. Bu reqlamentə görə idmana qayıtmışam. İlyarımdır ki, bu maşınları gözləyirdim. Komanda bolidi sıfırdan hazırlayıb. Çox motivasiyalıyıq. Keçən ilə nisbətən daha pozitivəm, çünki yeni reqlament məni ümidləndirir.

Ümid edirəm ki, podiumlar üçün mübarizə apararıq, çünki podium üçün mübarizə aparsaq, qələbə şansımız da olacaq. Bəlkə, növbəti il çempionluq uğrunda mübarizə apararıq. Addım-addım getməliyok və builki hədəfimiz ilk addımı atmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*