Ə.Şovlin: Bu il bizi gücləndirdi

Mercedes komandasının yarış direktoru Əndryu Şovlin bildirib ki, əksər sahələrdə hələ də zəifdirlər.

F-1.az xatırladır ki, Mercedes son yarışlarda sürətli olsa da, Əbu Dabidə yenidən dalğalanma problemi yaşayıb və yarışda Red Bull və Ferrari-yə aşkar formada uduzub.

Əndryu Şovlin: “İli istədiyimiz kimi bitirməsək də, buna layiq idik. Yarışda əksər sahələrdə zəif idik və qış ərzində daha çox işləyəcəyik. Çox çətin il oldu, amma bu çətinliklər bizi gücləndirdi. Artıq uğura köklənmişik.

Bilirdik ki, qələbə seriyamız bitəcək və bizim üçün çətin olacaq. Yenə də 2022-ci ilin müsbət tərəflərinə baxmalıyıq. Komanda çox işlədi. Bəhanələr gətirməkdənsə, prolemləri həll etdik. Gələn il çempionluq uğrunda mübarizəyə qayıtmaq üçün hər şey edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*