E.Bulye: “Dennisin sözləri komandaya əlavə motivasiya verir”

Tarixinin ən çətin dövrlərini keçirən komandanın müsbət dəyişikliklər edəcəyi gözlənilsə də, bu baş vermir. Keçən mövsümü 10 komanda arasında 9-cü yerdə yekunlaşdıran McLaren Honda-nın bu il rəqiblərinə xeyli yaxınlaşacağı gözlənilirdi, lakin bu baş vermədi. Əsas problem Honda motorunun zəif olması hesab edilir.

F-1.az xatırladır ki, komanda Mühəndislər Kubokunu sonuncu dəfə 1998-ci ildə, pilotlar çempionluğunu isə 2008-ci ildə Lyuis Həmiltonla əldə edib.

Komandanın rəhbəri Ron Dennis keçən ay olduqca nikbin açıqlama vermişdi: “Mercedes AMG-dən sonra dünya çempionu McLaren olacaq. Biz bu hədəfə digər komandalardan əvvəl çatacayıq”.

Erik Bulye: “Ron olduqca böyük karyeraya sahibdir. O, Formula1-in əfsanələrindən biridir və hədəflərimizə çatmaq üçün komandaya əlavə motivasiya verir. Biz hamımız bu hədəf üçün çalışırıq”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*