E.Bulye: “Bütün problemlər Alonsonu tapır”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, boliddəki problemlərin əksəriyyəti Fernando Alonsonu tapır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü builki 3 yarışın heç birində finiş görə bilməyib.

Erik Bulye: “Bu il çoxlu problemlərlə mübarizə aparırıq və bunlar əksər hallarda Fernandonun başına gəlir. Boliddən tam performansı çıxara bilmir, çünki bəzi şeylər tərs gedir. Bu hal onu narahat edən qədər bizi də edir. Qısa müddət ərzində bu problemləri həll edəcəyik.

Stoffel komandada yenidir və öyrənmə dövründədir. Buna görə də problemlərlə mübarizə etməsi daha asandır, amma Fernando ikiqat Dünya Çempionudur və tək məqsədi qalib gəlməkdir. Onun səbirsizliyini başa düşə bilirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*