Domenikali: Red Bull bu il hamıdan yaxşıdır

Builki Formula1 mövsümü Red Bull komandası üçün ardıcıl beş qələbə ilə başlayıb. Artıq komandanın üstünlüyünün çempionata marağın azalmasına səbəb olacağı ilə bağlı qorxular var, lakin Formula 1-in rəhbəri Stefano Domenikali çempionat komandasının rəqabət qabiliyyətini azaltmaq üçün tədbirlər görməyəcəyini təsdiqləyib.

F-1.az xatırladır ki, arxada qalan 5 yarışdan dördündə avstriyalılar dubla imza atıblar…

Stefano Domenikali: “Etiraf etməliyik ki, bu il Red Bull digərlərindən daha yaxşı iş görür, bu, bir faktdır. Bununla belə, titul uğrunda mübarizənin bitdiyini söyləməyim ehtiyatsızlıq olardı.

Biz komandanın rəqabət qabiliyyətinə müdaxilə və təsir edə bilmərik. Bununla belə, əminəm ki, maliyyə reqlamenti üzərində aparılan işlər sayəsində biz bəzi komandalarla digərləri arasında texniki fərqi minimuma endirmək üçün hər şeyi etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*