F.Briatore F1-ə qayıdır?

Təcrübəli italyan mütəxəssisin Formula1 rəhbərliyində məsləhətçi kimi rol alacağı barədə şayiələr yayılıb.

F-1.az xatırladır ki, Formula1-də bir sıra uğurlara imza atmış Flavio Briatore 2008-ci ildə Sinqapur Qran Prisində baş verənlərə görə uzun müddət bu idmandan uzaqlaşdırılmışdı. Cəzası bitdikdən sonra da geri qayıtmayan mütəxəssiin tamamilə başqa bir vəzifə ilə idmana gələcəyi danışılır.

Bir müddət onun Alpine komandasında məsləhətçi olacağı deyilsə də, bu reallaşmayıb. İndi də Niderlandın De Telegraaf nəşri onun məsləhətçi kimi Formula1-in idarə heyətində olacağını iddia edib. Onun vəzifəsi rəsmi olmayacaq, yarış təşkilatçıları ilə münasibətlərdə və müxtəlif biznes layihələrində Liberty Media-ya məsləhətlər verəcək.

Xatırladaq ki, Stefano Domenikali F1-in rəhbəri olduqdan sonra dəfələrlə kameralara Briatore ilə eyni kadrlarda düşüb. Bu ikilinin münasibətlərinin çox yaxşı olması məlumdur və sözügedən məsələnin reallaşmasında Stefanonun böyük rolunun olduğu bildirilir.

Həm də biznesmen olan Flavionun idmana məhz kommersiya baxımından çox faydalı olacağı gözləniləndir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*