Dani Pedrosa xüsusi dəvətlə İspaniyada yarışacaq

KTM komandasının sürücüsü Françesko Qvidotti bildirib ki, sabiq sürücüləri Dani Pedroza xüsusi dəvətlə İspaniya Qran Prisində yarışacaq.

F-1.az xatırladır ki, İspaniya yarışı 28-30 aprel tarixlərində Xeresdə baş tutacaq.

Françesko Qvidotti: “Danini xüsusi dəvətlə İspaniyada yarışdıracağıq. Bu isə onu göstərir ki, o bizim üçün önəmlidir. O, bu layihəyə böyük qatqı verib. Həm testlərdə, həm də yarışda ona potensialını göstərməsi üçün fürsət verəcəyik.

Xeres test üçün əla yerdir. Bundan başqa Dani bu trası əla tanıyır. Bu test motosikletimizin inkişafı üçün vacibdir. Danini yenidən boksumuzdə görmək üçün səbirsizlənirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*