Rəsmən: D.Pedrosa İspaniyada yarışacaq

Sabiq MotoGP sürücüsü Dani Pedrosa bu il İspaniyada KTM ilə yarışacağını təsdiqləyib.

F-1.az bildirir ki, ispaniyalı sürücü Kadisdəki Xeres trasında keçiriləcək yarışda xüsusi dəvətlə yarışacaq. O, bu yarışda KTM RC16-nı sürəcək.

Dani Pedrosa: “Bütün MotoGP fanatlarına salamlar. Əksəriyyətnizin xəbərdar olduğu kimi Xeresdə İspaniya Qran Prisində çıxış edəcəm.

Bu həm mənim, həm də KTM üçün böyük fürsətdir. Yeni sprint formatını sınayıb yeni şeylər öyrənə bilərik. Orada yarışacağım üçün sevincluyəm. Ümid edirəm tribunalar ağzına kimi dolar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*