19 Avqust 2019, Bazar ertəsi - 16:40

Damalı bayrağı ilk dəfə bir azarkeş yelləyəcək

Damalı bayrağı ilk dəfə bir azarkeş yelləyəcək

Müəllif: Elçin Zodorov, redaktor

14:57 - 01 İyul, 2016

Formula1 tarixində ilk dəfə şanslı bir azarkeş bu həftəsonu Avstriyada damalı bayrağı yelləmək şərəfinə nail olacaq.

F-1.az xəbər verir ki, Avstriya Qran Prisinin təşkilatçıları Red Bull-un sahibi olduğu trasda azarkeşlər üçün yaradılmış zonada bir şəkil müsabiqəsi təşkil ediblər. Azarkeşlər arasında keçirilən bu müsabiqədə qalib gələcək şəxs bazar günü yarışın finişində damalı bayrağı yelləyəcək.

Daniel Rikkardo: “Fikrimcə, bir azarkeşin bizim üçün yarışın bitdiyini bildirməsi möhtəşəm bir şeydir. Əgər uşaq olarkən bu imkanı mənə versəydilər, sevincimdən göylərə uçardım”.

Xatırladaq ki, əvvəllər məşhur simalar bu şərəfə nail olurdular, bəzən isə maraqlı halalr da yaşanırdı. Futbolun canlı əfsanəsi Pele 2002-ci ildə Braziliya Qran Prisində yarışın qalibi Mixael Şumaxer finiş xəttini keçərkən bayrağı yelləməyə gecikmiş və 2-ci sürücüdən etibarən bayrağı yelləməyə başlamışdı.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 420
Teqlər , ,
Paylaş

logo