D.Kvyat: “Biz taksi sürücüsü deyilik!”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat Formula1 komissarlağını "axmaqlar sirki" adlandırıb və yarışıarın baş direktoru Çarli Uaytinqin ünvanına ağır tənqidlər yollayıb.

F-1.az xatırladır ki, Kvyatın bolidi Monrealda qızdırma dövrəsində yerindən tərpənə bilməmiş və daha sonra rusiyalı sürücü yarışa 11-ci yerdən başlayaraq, qaydaları pozmuşdu.

Kvyat əvvəlcə buna görə pitdən keçmək cəzası alsa da, stüardlar cəzanı dəyişdirərək, ona Əlavə olaraq 10 saniyəlik Stop&Go (dayan-get) cəzası da vermişdilər.

Danill Kvyat: “Məncə, işləri elə də çətin deyil. Amma bunu da düz-əməlli görmürlər. Bu gün açıq-aydın yatmışdılar. Bəlkə də bir az qəhvə içməli idilər. Bu axmaq qaydanı ləğv etməlidirlər. Biz taksi sürücüsüyük yoxsa Formula1 sürücüsü? Komissarlıq sirkdir! Axmaqlar sirki.

Gedib Çarli ilə danışacam. Məni əsəbiləşdirir. Asan işi var. Amma onu da bacarmır. Bəlkə də arxa otağa getsəm, daha yaxşı olar. Hazırda çox əsəbiyəm. Onlara pis söz demək istəmirəm. Çarlinin səhvi olduğuna əmin deyiləm.

Hər şeydən əvvəl bunu edəni tapmalıyıq. Bir dənə onu bilirəm ki, komanda 10 dövrə ərzində əlavə cəza almamaq üçün FİA ilə müzakirə apardı, lakin onlar yenə öz dediklərində israr etdilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*