D.Kulthard: Ferstappen Həmiltonun ruhuna işlədi

Sabiq Formula1 sürücüsü Devid Kulthard düşünür ki, Ferstappen artıq Həmiltonun ruhuna işləyib.

F-1.az xatırladır ki, iki sürücü bu il çox sıx mübarizə aparmış və Ferstappen bəzən riskli hücumlar etmişdi. İki sürücü Britaniya, Montsa və Ərəbistan yarışlarında təmas yaşamışdılar.

Ferstappen il ərzində əksər hallarda gec əylənərək, Həmiltonun boşluq buraxması üçün əlindən gələni edirdi. Yeddiqat Dünya Çempionu qapını açmayanda çox vaxt təmas yaşanırdı.

Devid Kulthard: “Maks mükəmməl insandır və qeyri-adi idmançıdır. O, dahidir və azarkeşləri iki yerə bölür. Belə xüsusiyyətləri olan başqa hansı pilot var? Ayrton Senna və Mixael Şumaxer belə sürücülərdən bəziləridir. Bunu az adam bacarıb.

Düzünü desək, Lyuis əksər çempionluqlarını asanlıqla qazandı və özünü müzakirələrin mərkəzində görmədi. Mercedes və Lyuisin gücü qarşısında Maks fərqli yanaşma etdi. Yarış vaxtı harada açıq qapı görsə, girməli idi. Lyuis də qapını açıq qoymalı oldu. Bilirdi ki, Maks oraya girəcək. Maks belə edərək, Lyuisin ruhuna işlədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*