Corc Rassell: “Problemlər davam edir və bütün komanda buna görə mənim qədər narahatdır. Hamı vəziyyətin belə inkişafından çox narazıdır.
Səbəbləri araşdırmalı və bu problemlərə nəyin səbəb olduğunu, biz nəyisə səhv edib-etmədiyimizi müəyyənləşdirməliyik. Bəli, problemlər yalnız bizdə baş vermir, amma elə bir təəssürat yaranır ki, bu mənim başıma digərlərindən daha tez-tez gəlir.
Ümid edirəm ki, mövsümün ikinci yarısında nəhayət şans üzümə güləcək. Mən heç kimə uğursuzluq arzulamıram, amma bütün karyeram ərzində, yalnız Formula1-də deyil, hələ belə bir mövsüm yaşamamışam.
İdarə edə bilmədiyin şeyə görə əsəbiləşməyin mənası yoxdur. Macarıstan yarışı startda artıq pozulmuşdu. Mən hər şeyi düzgün etdim, maşın yaxşı temp göstərməyə imkan verirdi, lakin yekun nəticə dəhşətli oldu. Amma mənim nəzarətimdə olan hər şeyi düzgün etdim.
Adətən yay fasiləsinə qədər mən istirahətə ehtiyacım olduğunu hiss etmirəm. Amma indi mənə həqiqətən istirahət lazımdır”.





