22 Sentyabr 2019, Bazar - 00:14

Çin Qran Prisi: Pirelli – Medium və Soft

Çin Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:39 - 10 Aprel, 2013

Şanxayda Pirelli şirkəti mövsümdə ilk dəfə olaraq mövsümöncəsi testlərdən sonra komandalara orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini təqdim […]

Şanxayda Pirelli şirkəti mövsümdə ilk dəfə olaraq mövsümöncəsi testlərdən sonra komandalara orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini təqdim edəcək. Medium tərkibi artıq Avstraliyada və Malayziyada istifadə olunub və komandalara yaxşı tanışdır, amma Soft tərkibi Qran Pri çərçivəsində debüt edəcək…

Pol Hembri, Pirelli Motosport: “Çin yarışı adətən mövsümün ən yaxşı yarışı olur, axı bu yarışda strategiya çox şeyi həll edir. Bu il təkərlərimiz daha yumşaq alınıb, biz qəsdən təkər yeyilməsini artırmışıq, amma təcrübə göstərir ki, komandalar və sürücülər yeni təkərlərlə çox tez adaptasiya olunurlar.

Şanxay avtodromu əvvəlki Malayziya trasından fərqli olaraq təkərləri çox yükləmir, biz komandalardan 3 pit-stoplu strategiyalar gözləyirik, hərçənd, bəzi komandalar yarış məsafəsini 2 pit-stopla da başa vura bilərlər.

Keçən il Şanxayda Niko Rosberq Mercedes AMG komandası üçün qələbə qazanmışdı, Niko uik-endin əvvəlindən təkərlərə qənaət etməyi öyrənmişdi və yarışda hamını təəccübləndirmişdi. Bu fakt göstərir ki, təkərlərlə optimal iş zamanı mövsümün cari hissəsində çox şeyə nail olmaq olar.”


Çin Qran Prisi: Pirelli – Medium və Soft

Çin Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:06 - 12 Aprel, 2012

Pirelli şirkəti Şanxaya Medium və Soft tərkiblərini gətirib – bu cütlükdən mövsümün birinci yarışında da istifadə olunmuşdu, həmin yarışda sürücülərin […]

Pirelli şirkəti Şanxaya Medium və Soft tərkiblərini gətirib – bu cütlükdən mövsümün birinci yarışında da istifadə olunmuşdu, həmin yarışda sürücülərin çoxu iki pit-stopluq strategiya seçmişdi. Şanxayda isə təkərlərin ciddi yeyilməsi gözlənilir, ona görə də pit-stopların sayı yəqin ki çox olacaq…

Pol Hembri, Pirelli Motorsport: “Keçən il Şanxay yarışı təkərlərdən istifadə strategiyasına görə mövsümün ən maraqlı yarışlarından biri olmuşdu, amma bizim bu il seçdiyimiz tərkiblərin effektlik diapazonu daha genişdir, ona görə də mübarizə gərgin olmalıdır.

Qarşıdakı uik-endə hava proqnozu soyuq hava vəd edir, amma bu trasda təkərin yeyilməsi kifayət qədər yüksək olacaq. Biz Melburnda istifadə etdiyimiz tərkib cütlüyünü buraya gətirmişik, amma bu dəfə vəziyyət başqa cür olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 408
Teqlər , , , , ,
Paylaş

logo